Yazını böyüt
Yazını kiçilt
Cənubi Qafqaz bölgəsinin inkişafı üçün sülhün dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.
Bu fikir Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri – Mövlud Çavuşoğlu ilə David Zalkaliani arasında Buxarestdə keçirilən görüşdə səslənib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir ki, görüşdə Cənubi Qafqazda cari proseslər və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Tərəflər Tbilisinin Azərbaycan-Gürcüstan-Ermənistan sülh platformasının yaradılması təşəbbüsünü bir daha alqışlayıblar.
XİN başçıları, həmçinin Ukrayna ətrafındakı vəziyyət və Gürcüstanın işğal altında olan bölgələri ilə bağlı da fikir mübadiləsi aparıblar.